2025-ci ilin yekunlarına əsasən, dünyada ən çox rəsmi forma satışı həyata keçirən futbol klublarının siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi "Real Madrid" 3 milyondan çox satışla liderliyini qoruyub.
Siyahıda diqqətçəkən əsas məqam odur ki, Messi və Ronaldo faktoru sayəsində Avropa xaricində çıxış edən klublar da dünya nəhəngləri ilə rəqabətə giriblər.
Dünyada ən çox forma satan 10 klub:
-
"Real Madrid": 3.133.000 ədəd
-
"Barselona": 2.940.000 ədəd
-
PSJ: 2.546.000 ədəd
-
"Bayern Münhen": 2.377.000 ədəd
-
"İnter Mayami": 2.166.000 ədəd
-
"Boka Xuniors": 1.933.000 ədəd
-
"Mançester Yunayted": 1.855.000 ədəd
-
"Flamenqo": 1.677.000 ədəd
-
"Çelsi": 1.422.000 ədəd
-
"Əl-Nəsr": 1.281.000 ədəd
Siyahı göstərir ki, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" bir çox köklü Avropa klubunu geridə qoyaraq 5-ci yerə yüksəlib.
Kriştiano Ronaldonun formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu isə ilk onluğu qapayıb.


