Futbol tarixinin canlı əfsanəsi Kriştiano Ronaldo karyerasına daha bir möhtəşəm nailiyyət əlavə edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz dünyanın dörd müxtəlif yüksək səviyyəli liqasının klublarının hər birində 100 və daha çox qol vuran ilk oyunçu kimi tarixə düşüb.
Onun bu rekorduna daxil olan ölkələr və qol statistikası belədir:
-
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" forması ilə.
-
İspaniya La Liqası: "Real Madrid" forması ilə.
-
İtaliya Seriya A: "Yuventus" forması ilə.
-
Səudiyyə Pro Liqası: Hazırkı klubu "Əl-Nəsr" forması ilə.
Səudiyyə Pro Liqasında vurduğu sonuncu qolla bu liqada da 100 qol həddinə çatan 39 yaşlı hücumçu ümumi karyerasındakı rəsmi qol sayını 971-ə çatdırıb.


