Təcrübəli mütəxəssis Dik Advokatın Kurasao yığmasındakı fəaliyyəti başa çatıb.
Offsideplus.az xəbər verir ki, 78 yaşlı niderlandlı baş məşqçi Karib dənizi təmsilçisi ilə yollarını ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
D. Advokat qızının sağlamlıq problemlərinə görə bu qərarı verməli olub.
O, Kurasao yığmasına tarixində ilk dəfə Dünya çempionatına vəsiqə qazandırmışdı.



