Niderland klubu “Ayaks” yarımmüdafiəçi Oleksandr Zinçenkonun ciddi diz zədəsi aldığını və mövsümün qalan hissəsini buraxacağını rəsmi şəkildə təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, ukraynalı futbolçunun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilir.
Zinçenko ötən şənbə “Ayaks” heyətində start heyətində ilk oyununa çıxsa da, qarşılaşmanın cəmi 2-ci dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.
Klub futbolçunun bərpa prosesinin uzun çəkəcəyini və onun yalnız növbəti mövsüm geri dönməsinin gözlənildiyini qeyd edib.



