ABŞ-nin nüfuzlu idman kanalı "FOX Sports" Səudiyyə Ərəbistanı Pro Liqasının oyunlarının yayımlanmasından geri çəkilib.

Offsideplus.az xəbər verir ki, bununla da "FOX Sports" liqanı tərk edən ilk böyük beynəlxalq yayımçı olub.

Məlumata görə, bu qərar liqada yaranmış gərginlik, xüsusilə də Kriştiano Ronaldo ətrafında davam edən proseslərlə əlaqələndirilir. Baş verənlər Səudiyyə Pro Liqasının qlobal media və kommersiya planlarına ciddi zərbə vurub.

İddialara əsasən, yaranmış vəziyyət liqaya beynəlxalq miqyasda təxminən 2,4 milyard ABŞ dolları həcmində maliyyə itkisinə səbəb olub. Bu itkinin əsasən yayım hüquqları, sponsorluq müqavilələri və qlobal tanıtım layihələri ilə bağlı olduğu qeyd edilir.

Mütəxəssislər "FOX Sports"un bu addımını Səudiyyə Pro Liqasının beynəlxalq imici baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər.