"Hakimlər bizə çətinlik yaratdı".

Offsideplus.az xəbər verir ki, bunu "Ordu" ilə matçdan "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski deyib.

O, 92:95 hesabı ilə məğlub olduqları matç barədə bunları da deyib:

"Oyuna yaxşı başladıq. İlk hissədə istədiklərimizi meydanda göstərməyi bacardıq. Böyük fasilədən sonra da yaxşı mübarizə aparsaq da oyunun hakimləri bizə çətinliklər yaratdı. Buna görə də rəqib geridönüş etməyi bacardı. Məğlubiyyətin səbəblərindən biri də matç boyu 3 xallıq atışlarda zəif çıxış etməyimiz oldu".