"Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonalinin gələcəyi ilə bağlı gözlənilməz gəlişmə yaşanıb.
Offsideplus.az xəbər verir ki, italyan futbolçunun karyerasını başqa bir nəhəng klubda davam etdirmək niyyətində olduğu bildirilir.
Tonali "Nyukasl Yunayted" rəhbərliyinə müraciət edərək, "Mançester Yunayted" rəsmi təklif göndərəcəyi təqdirdə komandadan ayrılmaq istədiyini bildirib.
Futbolçu klubun bu mümkün təklifi qəbul etməsini xahiş edib.
Tonalinin bu keçiddə əsas şərti prosesin sakit və peşəkar şəkildə idarə olunmasıdır. O, Aleksandr İsakın transferi zamanı yaşanan gərginliyə bənzər bir vəziyyətin yaranmasını istəmir. İtalyan yarımmüdafiəçi:
-
Klubla münasibətlərin korlanmamasını;
-
Azarkeşlər və rəhbərliklə gərginlik yaşanmamasını;
-
Transferin hər iki tərəf üçün razılıq yolu ilə həllini hədəfləyir.


