PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün baş tutacaq "Liverpul"la ilk oyun öncəsi komandasının favorit hesab edilməsi fikirləri ilə razılaşmayıb.
Offsideplus.az xəbər verir ki, son İngiltərə çempionu olan və hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşan "Liverpul" bu mövsüm bütün turnirlərdə 15 məğlubiyyət alıb. Bu, "mersisaydlılar" üçün 2014/15 mövsümündən (18 məğlubiyyət) bəri ən pis göstəricidir.
Digər tərəfdən, Liqa 1-in lideri olan PSJ Çempionlar Liqası titulunu qorumaq üçün yaxşı şanslara malikdir.
Luis Enrike çərşənbə axşamı jurnalistlərə açıqlamasında rəqib barədə ehtiyatlı danışıb:
"Liverpul" haqqında danışmaq çətindir. Mənim fikrimcə, onlar eyni zamanda həm həmin komandadır, həm də fərqli. Hər kəs favorit tapmağa çalışır, lakin bu cür oyunlarda bunun heç bir mənası yoxdur. Hər iki komanda üçün çətin olacaq".


