"Sabah" basketbol klubunun U-18 komandası bu gün Çempionlar Liqasında növbəti sınağına çıxıb.

Offsideplus.az xəbər verir ki, B qrupunda yer alan "bayquşlar" ikinci matçında Almaniyanın "Porsche BBA Ludwigsburg" kollektivi ilə qarşılaşıb. Bosniya və Herseqovinanın Laktaşi şəhərində keçiriləcək görüş təmsilçimizin qələbəsi ilə başa çatıb - 72:61.

Qeyd edək ki, "Sabah" qrupdakı ilk oyununda "Iqokea"ya 58:88 hesabı ilə məğlub olmuşdu.

Mövcud reqlamentə görə, yalnız qrup liderləri yarımfinal mərhələsinə adlaya biləcəklər. Qrupunu ikinci pillədə tamamlayan komandalar 5-8-ci yerlər üçün, sonuncu olanlar isə 9-12-ci pillələr uğrunda yarışacaqlar.