"Sabah" icarə əsasında heyətində çıxış edən Timoteuş Puxaçı birdəfəlik transfer etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, cinah müdafiəçisi özü də paytaxt təmsilçisində qalmaq istəyir.
Onun yaxın vaxtda birdəfəlik “bayquşlar”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Puxaç müqavilə ilə Almaniyanın "Holştayn Kil" klubuna məxsusdur.
Təcrübəli futbolçu Polşa yığmasının heyətində də 15 oyun keçirib.


