"Bayern Münhen"in qolkiperi Manuel Noyer "Almaniya milli komandasına qayıdacaqsan" sualına konkret cavab verib.
Offsideplus.az xəbər verir ki, o, bunu düşünmədiyini bildirib
"Mən elə bilirdim ki, bu məsələyə aydınlıq gətirmişəm. Milli komandadan ayrılmışam. Hazırda bütün diqqətimi yalnız "Bayern Münhen"lə əldə edəcəyim uğurlara yönəltmişəm".
Qeyd edək ki, Noyer yığma karyerasını 2024-cü ildə başa vurub. O, milli komanda ilə birlikdə 4 Dünya Kubokunda çıxış edib.


