İspaniya Hakimlər Texniki Komitəsi (CTA) La Liqanın son turlarından birində baş tutan "Atletiko Madrid" – "Barselona" qarşılaşmasında ciddi hakim səhvinə yol verildiyini rəsmən etiraf edib.
Offsideplus.az xəbər verir ki, Komitənin rəsmi açıqlamasına görə, "Barselona"nın gənc müdafiəçisi Jerar Martin həmin oyunda qırmızı vərəqə almalı və meydandan kənarlaşdırılmalı idi.
Sözügedən epizodda futbolçunun hərəkəti "ciddi qayda pozuntusu" kimi qiymətləndirilib.
Hakimlər Komitəsi epizodu təhlil edərkən maraqlı və kəskin bir məqamı vurğulayıb:
"Bu, rəqib üçün təhlükəli hərəkətdir. Futbolçunun topa ilk toxunub-toxunmaması heç bir əhəmiyyət kəsb etmir; hərəkətin özü təhlükə doğurursa, cəzası qırmızı vərəqə olmalı idi."
Bu etiraf, xüsusilə "Atletiko Madrid" azarkeşləri və rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Çünki matçın taleyinə birbaşa təsir edə biləcək bu səhv, oyunun gedişatını tamamilə dəyişə bilərdi.


