"Qarabağ" yanvarın 16-da iki yoxlama görüşü birdən keçirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İlk rəqib "Osiyek" (Xorvatiya) olacaq. Qurban Qurbanovun komandası ardınca "Zaqlebye" (Polşa) ilə qarşılaşacaq.

"Osiyek" ilə oyun 12:00-da başlayacaq. Polşa klubu ilə matç isə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda "Neftçi"ni (Fərqanə, Özbəkistan) 5:0 hesabı ilə məğlub edib.