Almaniyalı qapıçı Kevin Trappın yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiper Fransa Liqa 1-in debütantı "Paris"ə keçib. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qapıçı 10 illik "Ayntraxt" karyerasından sonra bu yay klubdan ayrılıb. O, daha öncə Fransada 4 mövsüm PSJ-nin formasını geyinib.



