Kanadalı futbolçu Conatan Devid cari mövsümün sonunda "Lill"dən ayrılacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, onun Fransa klubu ilə müqaviləsi başa çatırdı.
Devid 2020-ci ildən "Lill"də çıxış edir. O, klubda ümumilikdə 231 oyuna çıxıb və 109 qol vurub.
Kanadalı hücumçu klub tarixinin ən çox qol vuran ikinci oyunçusudur.