Neymarın "PSJ" "Sent Etyen" oynunda meydana çıxmamasının səbəbi məlum olub.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi oyunçunun özünü yaxşı hiss etmədiyini və buna görə brazilyalını riskə atmadığını qeyd edib:
“Oyundan bir gün əvvəl Neymarla söhbət etdik. Ona dedim ki, məşq etməyə bilərsən, çünki səni oynatmağı düşünmürəm. Amma o, özünü yaxşı hiss etdiyi üçün hazırlıq prosesində iştirak etdi. Bundan sonra Neymar həmin gecəni yata bilməyib. Gecə ondan özünü necə hiss etdiyini soruşdum. Söylədi ki, bilmirəm. Onun bu sözü məni narahat etdi. Braziliya millisinin heyətində yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuşdu. Ona görə də rsik etmədim. Qərarı da birlikdə qəbul etdik”.
Qeyd edək ki, Neymarın oynamadığı matçda PSJ “Sent-Etyen”i darmadağın edib – 4:0.



