PSJ-nin futbolçusu Tiaqo Silvanın Parisdəki evi soyulub.

Offsideplus.az-ın  “L'Equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, hadisə Fransa Liqasının 17-ci turunda dünən  “Nant”la keçirilən oyun zamanı baş verib.

Mühafizəçilərin evi qorumasına baxmayaraq, bacadan girən oğrular 34 yaşlı müdafiəçinin 600 min avro dəyərində daş-qaşlarını oğurlayıblar.

Bundan əlavə, brazilyalı futbolçunun pasportunun olduğu çantanı da götürən cinayətkarlar ona ümumilikdə 1 milyon avro ziyan vurublar.

Qeyd edək ki, bu yaxınlarda PSJ klubunun digər futbolçusu Çupo-Motinqin də evinə oğru girib.