Fransa nəhəngi PSJ hücumameyilli cinah oyunçusu Xviça Kvaratsxeliya ilə cari ilin sonlarında keçiriləcək "Qızıl Top" mərasimindən əvvəl yeni müqavilə imzalamağı hədəfləyir.

Offsideplus.az xəbər verir ki, Paris rəhbərliyi gürcü futbolçunun komandadakı gələcəyini rəsmən sığortalamaq istəyir.

  • Klub rəhbərliyi nüfuzlu mükafat mərasiminə qədər tərəflər arasında bütün detalların razılaşdırılmasını və yeni sözləşməyə imza atılmasını planlaşdırır.

  • Paris təmsilçisinin heyətində özünü sübut edən Kvaratsxeliya klubun uzunmüddətli idman layihəsinin əsas simalarından biri olaraq qiymətləndirilir.