PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in III turunda "Monako"ya qarşı keçirəcəkləri matçdan gözləntilərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin oyun üslubunu yüksək qiymətləndirib və azarkeş dəstəyinin vacibliyini vurğulayıb:

"Matçlara həmişə yaxşı hazırlaşırıq, lakin ilk iki tura nəzər salsaq, hər şeyin planlaşdırıldığı kimi getmədiyini görərik. Futbol belədir. Biz həmişə orta və uzunmüddətli perspektivə diqqət yetiririk. Üç xal qazanmaq üçün birinci dəqiqədən sonadək azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. 'Monako' yaxşı komandadır. Baş məşqçiləri (Felipe Luis) də çox xoşuma gəlir, çünki komandasını rəqib üçün çətin və baxımlı futbol oynamağa məcbur etmək üçün risk etməkdən qorxmur."

Qeyd edək ki, "PSJ" – "Monako" qarşılaşması bu gün keçiriləcək.