"Ferrari" Formula 1-in yeni mövsümü üçün hazırladığı və böyük maraqla gözlənilən yeni bolidini rəsmən təqdim edib.

Offsideplus.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən komanda rəhbərliyi və sürücülər bu maşının texniki göstəricilərinin çempionluq mübarizəsi üçün kifayət edəcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, "Ferrari" 2007-ci ildən bəri pilotlar çempionluğunu qazana bilməyib.

Onlar son mövsümdə "Mühəndislər Kubokunda" 4-cü yeri tuta bilib.