UFC Ukrayna təmsilçisi Danilo Voevodkin 2 illiyə diskvalifikasiya edib.
Offsideplus.az xəbər verir ki, buna səbəb idmançıdan 2024-cü il oktyabrın 17-də götürülən dopinq-testin müsbət nəticə verməsidir. O, qadağan olunmuş meldoniya preparatı qəbul edib.
Voevodkinin cəza müddəti 2024-cü il 10 noyabr tarixindən hesablanır.
Ukraynalı döyüşçü UFC-də rəsmi görüş keçirməyə imkan tapmayıb. O, bir müddət öncə UFC rəhbəri Dana Uaytın təşkil etdiyi namizədlər seriyasında qalib gələrək, əsas çempionatda iştirak hüququna yiyələnmişdi.
BU DA MARAQLIDIR: