Azərbaycan prestijli Mütləq Döyüş Çempionatına (UFC) ev sahibliyi edə bilər.
Offsideplus.az jurnalist Ariel Helvaninin açıqlamalarına istinadən xəbər verir ki, iyun ayının sonlarında məşhur turnir ölkəmizdə keçirilə bilər. İlkin iddialara görə, tarix 21 iyundur.
UFC rəhbərliyi yarışın ilk dəfə Azərbaycanda keçirilməsi üçün razılıq əldə etməyə yaxındır.
Qeyd edək ki, sonuncu dəfə Qafqaz regionunda UFC-yə 2019-ci ildə Rusiya ev sahibliyi etmişdi.
Xatırladaq ki, bu il 2 Azərbaycan döyüşçüsü - Nazim Sadıxov və Rafael Fiziyev UFC-də yarışıb. Nazim braziliyalı İsmael Bonfim üzərində qələbə qazanmışdı. UFC313-də isə yüngül çəkidə Rafaelin Castin Qeyciyə məğlub olduğu döyüş baxımlılığı ilə seçilmiş və gecənin ən yaxşı döyüşü adına layiq görülmüşdü.