"Biz indi ünsiyyət saxlamırıq, ancaq ümidvaram ki, gələcəkdə vəziyyət dəyişəcək. Mən Fyuri üçün darıxıram".
Offsideplus.az xəbər verir ki, bu sözləri peşəkar boks üzrə superağır çəkidə dünya çempionu Oleksandr Usik keçmiş rəqibi Tayson Fyuri haqqında deyib.
Ukraynalı idmançı Fyurini yarızarafat-yarıciddi "dost" adlandırıb: "Biz birgə 24 raund keçirmişik. Bu, bütöv bir həyatdır. Sanki 20 il birlikdə yaşamışıq. Bəli, bu bizim üçün uzun səyahət idi. Tayson mənim ən yaxşı dostumdur. Mən ona hörmət bəsləyirəm, o məni daha güclü etdi".
Xatırldaq ki, Usik ötən il 2 dəfə Fyuriyə qalib gəlib.
Azərbaycanla oynamaqdan imtina cavabı aldı, Qrenadanı darmadağın etdi