Futbol üzrə Rusiya yığması növbəti qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, şimal qonşularımız FIFA-nın reytinq cədvəlində 174-cü pillədə qərarlaşan Qrenadanı 5:0 hesabı ilə məğlub ediblər.

Moskvada keçirilən oyunda komandanın kapitanı Artyom Dzyuba fərqlənərək, 31 qolla milli komandanın ən məhsuldar futbolçusuna çevrilib.

Ruslar martın 25-də Zambiyanı sınağa çəkəcəklər.

Qeyd edək ki, mətbuatda Rusiya Futbol İttifaqının bu ilin martında yoldaşlıq görüşü keçirmək üçün Azərbaycan tərəfinə müraciət etdiyi və imtina cavabı aldığı bildirilirdi. Rusların təklifinə Türkiyə Futbol Federasiyası da analoji cavab verib.