Niderland 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
"Offsideplus.az" xəbər verir ki, "Eyndhoven" səfərdə "Emmen"lə qarşılaşıb. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub. İlk "11-lik"də meydana çıxan yarımmüdafiəçi iki qol vurub. Ozan 20 və 90+3-cü dəqiqədə fərqlənib.
Qarşılaşmanın icmalını təqdim edirik: