Hollandiya Erediviziyasının 33-cü turunda keçirilən "Vitesse" - "Tvente" oyununda maraqlı hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Navaron Fur görüşün 60-cı dəqiqəsində rəqib futbolçunun arxası ilə qaçarkən hakimlə toqquşub və hər ikisi yıxılıb. Ayağa qalxan futbolçu hakimin cibindən sarı vərəqəni çıxararaq onun özünə göstərib. Bu epizod hakim və azarkeşlər tərəfindən gülüşlə qarşılanıb.
Qeyd edək ki, görüş "Vitesse"nin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda Avropa Liqasında oynamaq şansı qazanıb. "Tvente" isə çempionatla vidalaşıb.