Yeni mövsümdə "Ayaks" klubundan ayrılması ehtimal olunan Erik ten Haq ilk dəfə bu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, hollandiyalı çalışdırıcı hazırki klubu ilə müqaviləsinin olduğunu qeyd edib: "Adımın "Barselona", "Çelsi", "Bavariya" kimi klublarla anılması məni qürurlandırır. Lakin hazırda mən "Ayaks" klubunun baş məşqçisiyəm. Yeni mövsümün hazırlıqlarına başlamışıq və ayrılmağı düşünmürəm."
Qeyd edək ki, Erik ten Haq 2017-ci ildən "Ayaks" klubunun sükanı arxasındadır.