Hollandiya millsinin sabiq üzvü Dirk Kuyt məşqçiliyə başlamaq istəyir.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını başa vuran keçmiş hücumçu bu məqsədlə kurslara qatılıb.

O, kateqoriya aldıqdan sonra “Feyenoord”un məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, ötən il karyerasını başa vuran Kuyt “Utrext”, “Feyenoord”, “Liverpul” və “Fənərbaxça” klublarında çıxış edib.