Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus bu gün DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq Argentina yığmasının kapitanı Lionel Messi barəsində danışıb. 

Offsideplus.az "Sportbuzzer.de"yə istinadən xəbər verir ki, o, ulduz futbolçunu tərifləyib və minilliyin futbolçusu olduğunu  bildirib: 

"Mənim üçün Messi minilliyin futbolçusudur, çünki o, son 17-18 il ərzində öz oyunu ilə mənə və digər futbol azarkeşlərinə həzz verir"  - deyə Matteus söyləyib.

Qeyd edək ki, Argentina- Fransa arasında baş tutacaq final görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.