DÇ-2022-nin 3-cü yer uğrunda matçında Xorvatiya millisi Mərakeş yığması üzərində 2:1 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində cərimə meydançasında Əşrəf Hakimiyə qarşı kobudluqdan sonra Mərakeş millisi penalti qərarı gözləsə də, baş hakim Əbdülrəhman Əl-Cassim epizoda 11 metrlik cərimə zərbəsi təyin etməyib. Bu qərar mərakeş azarkeşlərini qəzəbləndirib və qətərli referini fitə basaraq, tribunalardan "FIFA mafiya" şüarı səsləndiriblər.
Matçın final fiti səsləndirildikdən sonra Mərakeş yığmasından Romen Saiss və komanda yoldaşları meydana çıxaraq, hakimi hədələyib. Daha sonra isə milli komandanın nümayəndələri futbolçuları sakitləşdirib.