Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin 1/8 finalında Avstraliyaya (2:1) qalib gəldikləri oyundan sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, sözügedən görüşdə komandasının ilk qoluna imza atan ulduz futbolçu deyib: “Oyuna nəzarət etdik. Fikirləşirəm ki, Martinesin son qurtarışından savayı, çox çətinliyimiz olmadı. Bu qarşılaşmada gərgin mübarizə gedirdi. Çox şadam ki, qələbə qazandıq. Kuboka doğru daha bir addım atdıq".
35 yaşlı oyunçu ailəsinin ona tribunadan dəstəy verdiyini qeyd edib:
"Ailəm hər zaman yanımdadır. Xüsusilə, uşaqlarım. Çünki onlar böyüyüblər və hər şeyi başa düşürlər. Bu gün onların qalibiyyətə necə şahid olduqlarını gördüm. Həyəcanlı və xoşbəxt idilər".
Niderlandla matç futbolçunun karyerasında 1000-cü görüş kimi yadda qalıb. O, bununla bağlı isə belə deyib:
"1000-ci oyunum olduğunu oyun günü öyrəndim. Anı yaşayıram və yaşadıqlarımdan zövq almağa çalışıram".