Belçika yığmasının baş məşqçisi Roberto Martinez vəzifəsindən istefa verib.

Offsideplus.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis özü açıqlayıb.

Martinezin komandası DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda bu gün Xorvatiya ilə heç-heçə edib - 0:0. Nəticədə Belçika 1/8 finala adlaya bilməyib. Martinez isə görüşdən sonra istefa verdiyini bildirib.

Qeyd edək ki, Roberto Martinez 2016-cı ilin yayından Belçika millisini çalışdırırdı.