Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında 18-ci oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı qolkiper braziliyalı Klaudio Taffarel və almaniyalı Sepp Mayerin ən çox Dünya Kuboku matçında iştirak etmək üzrə rekorda şərik çıxıb. Bu barədə "Opta" məlumat yayıb.

O, bu göstəriciyə İspaniyaya qarşı 1:1 hesabı ilə başa çatan oyunda nail olub.