DÇ-2022-nin qrup mərhələsi üzrə II tura bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçirilib.

G qrupunda Kamerun yığması Serbiya ilə qarşılaşıb. Gərgin keçən görüş məhsuldarlığı ilə yadda qalıb - 3:3. Braziliya millisi İsveçrəni minimal hesabla məğlub edib. 

H qrupu üzrə Cənubi Koreya komandası Qanaya (2:3) uduzubsa, Portuqaliya Uruqvaya qalib gəlib.

Bu nəticələrdən sonra Braziliya və Portuqaliya milliləri Fransa yığmasının ardından pley-offa vəsiqəni təmin edən növbəti komandalar olub.

28 noyabr

DÇ-2022
Qrup mərhələsi, II tur
G qrupu

14:00. Kamerun - Serbiya 3:3

Qollar: Kastellito, 29. Abubakar, 63. Şupo-Motinq, 66. - Pavloviç, 45+1. Milinkoviç-Saviç, 45+3. Mitroviç, 53.

20.00. Braziliya - İsveçrə 1:0

Qol: Kazemiro, 83

Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.

H qrupu

17:00. Cənubi Koreya- Qana 2:3

Qollar: Ço Qyu Sunq, 58,  61  -  Salisu, 24. Kudus, 34, 68


23:00. Portuqaliya - Uruqvay 2:0

Qol: Bruno Fernandeş, 54, 90+3-pen.
Xal durumu: Portuqaliya - 6, Qana - 3, Uruqvay - 1, Cənubi Koreya - 1,