Qətər yığma komandası DÇ-2022-də ardıcıl ikinci oyunda məğlub olub.
Offsideplus.az xəbər verir ki, Feliks Sançes Başın rəhbərlik etdiyi komanda qrup mərhələsinin ikinci oyununda Seneqala uduzub - 1:3.
Qətər turnirdə ilk matçında da məğlub olub. Meydan sahibləri Ekvadordan 2 cavabsız qol buraxıb. Bununla da, Qətər mundiallar tarixinə düşüb. Belə ki, komanda dünya çempionatının qrup mərhələsində iki oyunda məğlub olan ilk ev sahibi olub.