Uruqvay millisində 20 il sonra ilk dəfə dünya çempionatı matçında start heyətə Fernando Musleradan başqa qapıçı daxil edib.
Offsideplus.az xəbər verir ki, Cənubi Koreyaya qarşı H qrupu oyununda Uruqvay yığmasının qapısını Serxio Roçet qoruyacaq. Bu 2002-ci ildən bəri bir ilkdir. 36 yaşlı Muslera görüşə ehtiyat heyətdə başlayıb.
Qeyd edək ki, hazırda davam edən oyunda hesab 0:0-dır.