Fransa millisinin baş məşqçisi Didye Deşam zədə səbəbindən DÇ-2022-də iştirak edə bilməyəcək Kərim Benzemanın yerinə başqa futbolçu çağırmayacaq.

 Offsideplus.az xəbər verir ki, bu barədə fransalı mütəxəssis "Telefoot"a açıqlamasında bildirib.

Xatırladaq ki, bu gün start götürəcək mundialda iştirak edə bilməyəcək Benzema 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Fransa millisində daha əvvəl Presnel Kimpembe, Pol Poqba, Nqole Kante və Kristofer Nkunku zədə səbəbindən DÇ-dan kənar qalmışdı.