2026-cı ildə Braziliya Futbol Federasiyasında prezident seçkiləri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Ronaldo Nazario bu posta namizəd olacaq. Bu barədə məlumatı "Sport" nəşri yayıb.
Ronaldonun indidən planı da bəllidir. 2026-cı ilin martında keçiriləcək seçkilərdə qalib gəlsə, Pep Qvardiola milli komandanın baş məşqçisi olacaq. Ronaldonun əsas hədəfi ölkəsinin DÇ-2026-da qalib olmasıdır.
Veteran futbolçu ölkəsində çox sevilir. O, bundan istifadə edərək federasiya prezidenti olmaq niyyətindədir.
Qeyd edək ki, Ronaldo 2018-ci ildən İspaniyanın "Real Valyadolid" klubuna rəhbərlik edir.