Fransa millisinin üzvü Pol Poqba bu il Qətərdə keçiriləcək dünya çempionatınında iştirak etməyəcək.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin bud nahiyəsindən zədə alması səbəb olub. Dizindən əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qalan təcrübəli oyunçu "Yuventus"la məşq zamanı sıradan çıxıb. O, DÇ-2022-ni buraxacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa millisi Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.