Almaniya millisinin baş məşqçisi Hansi Flik dünya çempionatının Qətərdə keçirilməsindən narazıdır.

 Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis "Zeitung" nəşrinə açıqlamasında Qətərdə insan hüquqlarının qorunmadığını söyləyib:

"Dünya Kuboku orda təşkil olunmamalı idi, biz "yox" deməliydik. İnsan hüquqları Qətərdə qorunmur, ona görə də bu, azarkeşlər üçün əsl Dünya Kuboku olmayacaq. Oyunlar üçün Qətərə səyahət etmək istəyən, lakin müəyyən səbəblərə görə imtina edən çoxlu insanlar var".

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabr tarixlərində gerçəkləşəcək.