Mərakeş millisinin baş məşqçisi Erve Renar DÇ-2018-in qrup mərhələsinin üçüncü turunda İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, fransalı çalışdırıcı deyib:
"İspaniyaya qalib gəlməyi çox istəyirdik. "Real" və "Barselona"nın futbolçularından təşkil edilmiş komandadır. Bütün dünyanın bu matçdakı oyunumuza heyran qaldığını düşünürəm. Futbolçuları performanslarına görə təbrik edirəm. Bu turnirdə böyük təcrübə qazandıq. Daha yaxşı nəticələr qazana bilərdik. Ancaq bunu bacara biləcəyimizi göstərdik. Portuqaliya və İspaniya turnirin ən yaxşı komandalarındadırlar. Onlara qarşı nə etdiklərimizi gördünüz. Bizim üçün yaxşı oyunlar oldu. Digər komandalara uğurlar arzu edirəm".