Lüksemburq millisinin futbolçusu Lars Jerson zədələnib.
Offsideplus.az xəbər verir ki, ölkəsinin "Vikinq" klubunda çıxış edən müdafiəçi DÇ-2022 -nin seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı matçda oynamayacaq. O, çempionatın son turunda zədələnib.
Qeyd edək ki, millimiz noyabrın 11-də Bakıda Lüksemburqla qarşılaşacaq.