Futbol üzrə Panama yığmasının gələn ay Rusiyada təşkil olunacaq dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, komandanın məşqçilər korpusu mundiala aşağıdakı 23 oyunçu ilə yollanır:


Qapıçılar: Xose Kalderon (Çorrilyo), Xayma Penedo (“Dinamo”, Rumıniya), Aleks Rodriqes Родригес (“San-Fransisko”, ABŞ);


Müdafiəçilər: Felipe Baloy (“Munisipal", Qvatemala), Harold Kamminqs (“San-Xose”, ABŞ), Erik Davis (“Dunayska Streda”, Slovakiya), Fidel Eskobar (“Nyu-York Red Bullz”, ABŞ), Adolfo Maçado Мачадо (“Hyuston”, ABŞ), Mixael Murilyo (“Nyu-York Red Bullz”, ABŞ), Luis Ovalle (“Olimpiya”, Honduras), Roman Torres (“Sietl”, ABŞ);


Yarımmüdafiəçilər: Edqar Barsenas (“Tapaçula”, Meksika), Armando Kuper (“Universidad de Çili, Çili”, Anibal Qodor (“San Xose”, ABŞ), Qabriel Qomes (“Bukaramanqa”, Kolumbiya), Valentin Pimentel (“Plasa Amador”), Alberto Kintero (“Universtario”, Peru), Xose Luis Rodriqes (“Gent”, Belçika);


Hücumçular: Abdiel Arroyo ("Alahuelense”, Kosta-Rika), İsmael Dias (“Deportivo”, İspaniya), Blas Peres (“Munisipial”, Qvatemala), Luis Tehada (“Sport Boyz”, Peru), Qabriel Torres (“Uaçipato”, Çili).

Tarixində ilk dəfə dünya çempionatında oynamaq şansı qazanan Panama G qrupunda Belçika (18 iyun), İngiltərə (24 iyun) və Tunislə (28 iyun) mübarizə aparacaq.