Koronavirus Dünya Çempionatının təşkilatçılarına işlərində mane olmağa başlayıb.
Offsideplus.az xəbər verir ki, mundialın təşkilat komitəsinin rəsmi saytının yaydığını məlumata görə, 8 nəfər xəstəliklə mübarizə aparır.
İnformasiyaya görə, koronavirusa yoluxanlardan 2-si podratçı, qalanları isə fəhlə kimi çalışanlardı. Onların hamısı xüsusi tibb müəssisəsində izolyasiya olunublar və həkim nəzarəti altındadılar. Xəstələr pulsuz dərmanla təmin olunur və Qətər hökumətinin siyasətinə uyğun olaraq maaş alırlar.
Qeyd edək ki, Qətər rəhbərliyi işçi qrupunun təhlükəsizliyinə və xəstələrin sağalmasına zəmanət verib.