Qətərdə 2022-ci ildə keçiriləcək Dünya Çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, 23-31 mart və 1-9 iyunda nəzərdə tutulan qarşılaşmalar keçirilməyəcək.

Qərarı Asiya Futbol Konfederasiyası qəbul edib. Matçların keçirilmə vaxtı haqda yaxın günlərdə məlumat veriləcək.