Qətərin prezidenti Şeyx Abdullah bin Nəsir bin Xəlifə əl Sani 2002-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatı üçün hazırlanan binanın açılışını edib.

Offsideplus.az xəbər verir ki, binanın açılışı Qətərin DÇ-2022-yə ev sahibliyi hüququnu qazandığı günün ildönümünə - 2 dekabra (2010) salınıb.

Aspire bölgəsində yerləşən bina Dünya kubokunun açılış mərasiminin keçiriləcəyi "Beynəlxalq Xəlifə stadionu"nda yerləşir.
Binada yarışın təşkilati işləri üçün istifadə olunacaq ofislərlə yanaşı qonaqlara xidmət edəcək kafe və restoranlar yer alır.


Tikintisinə 1,5 il sərf olunan bina 60 min metr ərazini əhatə edir. Binanın tunel ilə stadiona birləşdiriləcəyi bildirilib.

Qətərdə keçirilən dünya çempionatı ilk dəfə qışda 21 noyabr - 18 dekabr tarixlərində baş tutacaq.