“İnter”in kapitanı Mauro İkardinin DÇ-2018-ə getməmək ehtimalı var.
Offsideplus.az xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli İkardini Rusiyaya aparmamağı planlaşdırır. Bu barədə məlumatı “FOX Sports” yayıb.
İddiaya görə, Sampaoli hücumçunun oyun keyfiyyətlərindən narazıdı. Digər səbəb isə onun yığmanın liderləri ilə münasibətlərinin gərgin olmasıdı.
Xüsusən də Lionel Messinin İkardiyə münasibəti çox pisdi. Bu məqamları nəzərə alan Sampaoli yığmanın düşərgəsində ab-havanı pozmamaq üçün onu heyətə cəlb etmək istəmir.
İkardi cari mövsümdə A seriyasında keçirdiyi 22 oyunda 18 qol vurub.