FİFA DÇ-2018-ə vəsiqə qazanan Nigeriya millisinə texniki məğlubiyyət verib.
Offsideplus.az xəbər verir ki, buna səbəb yığmanın DÇ-2018-in seçmə mərhələsinin son oyununda cəzalı durumda olan futbolçudan istifadə etməsi olub.
Əlcəzairlə oyunda cəzalı Abdullay Şekunun meydana çıxması texniki məğlubiyyətlə nəticələnib. Lakin 0:3 hesablı məğlubiyyətin verilməsi Nigeriya millisinin turnir cədvəlindəki mövqeyini dəyişməyib və komandanın DÇ-2018-də içtirakına əngəl yaranmayıb.
Qeyd edək ki, Nigeriya gələn il Rusiyada keçiriləcək mundialda Xorvatiya, İslandiya və Argentina ilə bir qrupda mübarizə aparacaq.