İngiltərə futbolunun əfsanəsi Ueyn Runi Fransa millisinin hücumçusu Kilian Mbappenin DÇ-2026-nın "Qızıl buts" mükafatını almasının ədalətsiz olduğunu düşünür. Runi 3-cü yer uğrunda oyunun nəzərə alınmamalı olduğunu iddia edib.
Offsideplus.az xəbər verir ki, Mbappe turnirdə 10 qol vuraraq Messini iki qol qabaqlayıb və ən məhsuldar oyunçu olub. "Real Madrid"in hücumçusu 3-cü yer uğrunda İngiltərə ilə keçirilən matçda (4:6) dubl müəllifi olub.
Runi qalmaqallı fikirlərini bu sözlərlə ifadə edib:
"Düşünürəm ki, Fransa artıq turnirdən kənarlaşmışdı və onlar sadəcə üçücü yer uğrunda oyuna çıxdılar.
Mənə görə həmin qollar hesaba alınmamalıdır. Əlbəttə, mövcud qaydalara görə nəzərə alınır, amma məncə, bu, Messiyə qarşı böyük ədalətsizlikdir".


