Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2026-nın final oyununu dəyərləndirib və İspaniya seçməsinin uğurundakı əsas amilləri diqqətə çatdırıb.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu ispanların üstünlüyünü xüsusi vurğulayıb:
"İspaniya millisinin dunya çempionatındakı qələbəsi tamamilə qanunauyğundur. Komanda turnir gedişində getdikcə gücləndi və artıq pley-offda rəqiblərini darmadağın edərək ən yaxşısı olduğunu göstərdi. Hərçənd, Kabo-Verde ilə ilk oyun, əlbəttə ki, insanda şübhə yaratmışdı.
Hamımız finaldan İngiltərə - Argentina matçına bənzər bir şey gözləyirdik, lakin ispanların tam üstünlüyü izləndi. Əlavə vaxtda Argentinanın azlıqda qalmasına baxmayaraq, yaratdığı iki təhlükəli epizodu və 5 dəqiqəlik təzyiqini qeyd etmək lazımdır. Lakin biz Argentinadan hücumda daha inamlı oyun gözləyirdik, İspaniya isə ciddi şəkildə dominantlıq etdi. Bəlkə də Argentinanın planı elə bu idi. Penaltilər seriyası olsaydı, nə baş verəcəyini kim bilir".


